Paralimpiya komandasının baş məşqçisinə mənzil verildi

İDMAN
20:17 / 29.10.2021
1505

Azərbaycan paralimpiya hərəkatının fəallarından biri, cüdo üzrə qadınlardan ibarət paralimpiya komandamızın baş məşqçisi, gözdən əlilliyi olan Ramin İbrahimov mənzillə təmin edilib.

Hit.az xəbər verir ki, ona mənzilin sənədlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov təqdim edib.

V.Behbudov Ramin İbrahimovun da paralimpiya nailiyyətlərinin, o cümlədən, Tokioda tarixi uğurların qazanılmasına öz töhfəsini verdiyini bildirib. 

0