Bu gün Bakıdakı şadlıq evlərindən birində MMA “AMC Fight Nights” kəmərinin sahibi Nəriman Abbasovun toy məclisi baş tutub.
Oxu.Az-ın xəbərinə görə, toyda “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov, “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov, sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev, Nəriman Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov, onun samboçu qardaşı Bəxtiyar Abbasov və s. idmançılar iştirak edib.
Toyda Emil Bədəlov və bir sıra digər tanınan müğənnilər çıxış edərək məclisin maraqlı keçməsinə səbəb olublar.
Sözügedən məclisdən görüntüləri təqdim edirik: