Avropa çempionatında 8 cüdoçumuz mübarizə aparacaq

İDMAN
21:19 / 02.11.2021
1350

Noyabrın 5-də Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək cüdoçular arasında start götürəcək Avropa çempionatında Azərbaycan komandası 8 idmançı ilə təmsil olunacaq.

Federasiyadan Hit.az-a verilən məlumata görə, yarışda kişilər arasında Elçin Hüseynov (66 kq), Zelim Tckayev, Məhərrəm İmamverdiyev (81 kq), İmran Yusifov (+100 kq) mübarizə aparacaqlar. Qadınların yarışında isə Aydan Vəliyeva, Ramilə Əliyeva (48 kq), Səbinə Əliyeva (52 kq) və Nərgiz Hacıyeva (63 kq) bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, noyabrın 7-dək davam edəcək Avropa çempionatında 38 ölkədən 307 (175 kişi, 132 qadın) cüdoçu mübarizə aparacaq.

0