Ronaldu ardıcıl 2-ci dəfə ən yaxşı futbolçu seçildi

İDMAN
22:27 / 02.11.2021
1279

İngiltərənin "Mançester Yunayted" klubunda oktyabrın ən yaxşı futbolçusu açıqlanıb.

HİT.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın hücumçusu Kriştianu Ronaldu ardıcıl 2-ci dəfə bu ada layiq görülüb.

Azarkeşlər arasında soruğunun nəticələrinə əsasən, portuqaliyalı forvard 57 faiz səslə 1-ci olub. Onu 14 faizlik göstərici ilə qapıçı David De Xea və 13 faiz səslə hücumçu Markus Reşford izləyib.

Ronaldu "Mançester Yunayted"in heyətində oktyabrda keçirdiyi matçlarda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 36 yaşlı futbolçu sentyabrdakı səsvermədə də bütün komanda yoldaşlarını qabaqlamışdı.

0