Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində daha bir qarşılaşma baş tutub.
Hit.az xəbər verir ki, "ASK Arena"da "Keşlə" "Neftçi" ilə görüşüb. Gərgin və maraqlı keçən matçda əvvəlcə "Neftçi" hesabda önə keçib. Amma flaqman bu üstünlüyü qoruyub saxlaya bilməyib. Oyun boyu əzmkarlığı ilə diqqət çəkən Sənan Qurbanovun komandası biri birinci hissədə olmaqla üç qol vuraraq qarşılaşmanı qələbə ilə bitirib - 3:2.
"Neftçi"dən Tyaqo Bezerra (11, 35) dubla imza atıb. "Keşlə"dən isə Felipe Santos (41-p.), Rəhman Hacıyev (49) və Anatole Abanq (86) fərqlənib. "Keşlə" bu qələbə sayəsində 6-cı pilləyə yüksəlib.