AFFA Samet Aybaba ilə danışıqlar aparır - Özü təsdiqlədi

İDMAN
13:31 / 09.11.2021
1470

Futbol üzrə Azərbaycan milli komandamızı türkiyəli baş məşqçi Samet Aybaba çalışdıra bilər. 

Fanat.Az xəbər verir ki. bu barədə 66 yaşlı mütəxəssis özü məlumat verib. 

"Fanatik"ə danışan Aybaba  AFFA-nın onunla maraqlanması xəbərlərini təsdiqləyib: "Hələlik rəsmi anlaşma yoxdur. Danışıqlarımız davam edir".

Qeyd edək ki, Samet Aybaba sonuncu dəfə "Adana Demirspor"un baş məşqçisi olub. O, 2,5 aydır işsizdir.

0