İranla İordaniyanın qadınlardan ibarət yığmalarının qarşılaşmasından sonra maraqlı idia ortaya atılıb.
Qaynarinfo xəbər verir ki, penaltilər seriyasına qədər uzanan qarşılşama İordaniyanın qələbəsi ilə yekunlaşıb. Oyundan sonra İordaniya Futbol Federasiyası rəqib yığmanın qapıçısının kişi olmasıyla bağlı iddia ilə FİFA-ya şikayət edib.
Federasiya dünyanın ali futbol qrumuna yazdığı məktubda bu ifadələri qeyd edib: "Bir futbolçunun oynamasının uyğunluğu mövzusunda şübhə varsa dərhal araşdırma başlamalıdır. Bu mövzuda FİFA-nı vəzifəsini yerinə yetirməyə dəvət edirik".