Aleksandr Petrakov Ukrayna millisinə baş məşqçi təyin olunub.
Fanat.Az Ukrayna Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssislə 30 dekabr 2022-ci il tarixinədək müqavilə imzalanıb.
Anlaşmaya əsasən əməkdaşlığın müddəti sonradan 2024-cü ilin yayına qədər uzadıla bilər.
Qeyd edək ki, Ukrayna yığmasını DÇ-2022-nin pley-off mərhələsinə daşıyan Petrakov bu ilin avqustundan - Andrey Şevçenko postunu tərk edəndən bəri millidə baş məşqçinin funksiyalarını yerinə yetirirdi.