Çempionlar Liqası: Həftənin rəmzi komandası açıqlanıb

19:25 / 25.11.2021
876

UEFA Çempionlar Liqasında qrup mərhələsinin V tur oyunlarından sonra həftənin rəmzi komandası bəlli olub.

Ən yaxşı "11-liy"ə İspaniyanın "Real Madrid", İngiltərənin "Çelsi", Almaniyanın "Leyptsiq" və Portuqaliyanın "Sportinq" klublarından hərəyə 2 futbolçu düşüb.

Qapıçı: Tibo Kurtua ("Real Madrid", İspaniya)

Müdafiəçilər: Ris Ceyms, Nataniel Çaloba (hər ikisi "Çelsi", İngiltərə), Nikolas Otamendi ("Benfika", Portuqaliya), David Alaba ("Real Madrid", İspaniya), Pedro Porro ("Sportinq", Portuqaliya)

Yarımmüdafiəçilər: Emil Forsberq, Kristofer Nkunku (hər ikisi "Leyptsiq", Almaniya), Tyaqo Alkantara ("Liverpul", İngiltərə), Pedru Qonsalveş ("Sportinq", Portuqaliya)

Hücumçu: Edin Ceko ("İnter", İtaliya)
 
///report

0