Gənclər və idman naziri Fərid Qayıbovun müavini təyin edilən Marina Vasileva Azərbaycan gimnastika yığmasının baş məşqçisi postundan ayrılıb.
Hit.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya nazirliyin Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev məlumat verib.
O bildirib ki, nazir müavinin gimnastika zalında işləməyə vaxtı olmayacaq və bu səbəbdən yığmanın baş məşqçi postunda çalışmayacaq.