Xavi: "Çox əsəbiyəm, dəyişdirməli olduğumuz çox şey var"

İDMAN
13:55 / 09.12.2021
1777

“Barselona” 20 ildən sonra 1/8 finala yüksələ bilmədi. ÇL-nın E qrupunda çıxış edən İspaniyanın “Barselona” klubu mübarizəni dayandırıb.

HİT.az xəbər verir ki, dünən UEFA ÇL-nın qrup mərhələsinin son oyunları keçirilib.

E qrupunda mübarizə aparan “Barselona” son oyununda “Bavariya” ilə səfər matçına çıxıb. Xavi Ernandes rəhbərliyi altındakı Kataloniya təmsilçisi rəqib meydanda “Bavariya”ya “0-3” hesabı ilə məğlub olaraq 20 il aradan sonra ÇL-nın 1/8 final mərhələsinə yüksələ bilməyib.

Belə ki, bu nəticədən sonra “Barselona” avro kuboklardakı mübarizəsini UEFA Avropa Liqasında davam etdirəcək.

“Barselona”nın sabiq futbolçusu və hazırkı baş məşqçisi Xavi Ernandes klubun avro kuboklardakı çıxışı barədə açıqlama verib:

“Çox əsəbiyəm. Bu gün meydanda istənilən səviyyədə mübarizə apara bilmədik. Bir daha gördüm ki, dəyişdirməli olduğumuz çox şey var. Avropa Liqası “Barselona” üçün ideal olmasa da, bu bizim həqiqətimizdir və biz bundan sonra burada mübarizə aparacayıq”.

Xatırladaq ki, “Bavariya”, “Dinamo Kiyev” və “Benfika” klubları ilə birgə E qrupunda çıxış edən kataloniya təmsilçisi oynadığı 6 matçda 2 qələbə, 1 bərabərlik və 3 məğlubiyyətlə 7 xal toplayaraq qrubu üçüncü pillədə başa vurub.

Sadiq İsmayılov

0