Şahmatın "Rapid" və "Blitz" növləri üzrə dünya çempionatı əvvəlcədən planlaşdırıldığı kimi dekabrda Qazaxıstanda keçirilməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə FİDE rəsmi məlumat yayıb. Buna səbəb Qazaxıstanda koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlərdir. Sözügedən ölkənin hökuməti tərəfindən bu yaxınlarda COVİD-19-la əlaqədar yeni məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlərdən sonra şahmatçıların yarışlarda iştirakı qeyri-mümkün olub.
Qazaxıstan hökuməti və Qazaxıstan Şahmat Federasiyası da məsələ ilə bağlı məlumat yayıb, tədbiri gələn il keçirməyə hazır olduqlarını bildiriblər.
FİDE-nin açıqlamasında təcili olaraq dünya çempionatının keçirilməsinə ev sahibliyi edəcək alternativ şəhərlər axtarıldığını və həftənin sonuna doğru yeniliklər haqda məlumat veriləcəyi bildirilib.