ÇL-nin 1/8 mərhələsinin püşkü yenidən atıldı

İDMAN
18:10 / 13.12.2021
1958

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi texniki səhv səbəbindən təkrarlanıb.

Hit.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilmiş tədbirdə bu raundun cütlükləri müəyyənləşib.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi

"Zaltsburq" (Avstriya) - "Bavariya" (Almaniya)

"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə)

"Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland)

"Çelsi" (İngiltərə) - "Lill" (Fransa)

"Atletiko" (Madrid, İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

"Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya)

"İnter" (İtaliya) - "Liverpul" (İngiltərə)

PSJ (Fransa) - "Real Madrid" (İspaniya)

Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2022-ci il 15 - 16 və 22 - 23 fevralda, cavab qarşılaşmaları 8 - 9 və 15 - 16 martda oynanılacaq. Bütün oyunlar Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Tədbir gün ərzində ikinci dəfə baş tutub. Buna püşk zamanı buraxılan kobud səhv səbəb olub. “Mançester Yunayted” və “Liverpul”un şarlarını səhv salan UEFA “Vilyarreal”la “Atletiko”nun mümkün rəqiblərinin siyahılarında xətalar buraxıb. Bu üzdən püşkatma 3 saatdan sonra yenidən təkrarlanıb.

0