"PSJ"nin ispaniyalı mərkəz müdafiəçisi Serxio Ramos ÇL-nın 1/8 final mərhələsi çərçivəsində sabiq komandası "Real Madrid"ə qarşı oynayacaqları matç haqqında açıqlama verib.
HİT.az xarici mənbələrə istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi keçmiş komandasına hörmətlə yanaşdığını, lakin "PSJ"nin qələbəsi üçün əlindən gələni edəcəyini bildirib:
"Real Madrid"ə qarşı olan sevgimi və hörmətimi bir çoxları bilir. Amma mən hazırda "PSJ"nin uğurları üçün mübarizə aparıram və komandamın növbəti mərhələyə yüksəlməsi üçün əlimdən gələni edəcəyəm. Hətta ölmək lazımdırsa, öləcəyəm. "Real Madrid"lə qarşılaşmaq istəməzdim, amma bir tərəfdən də "Santiago Bernabeu"da oynayacağım üçün xoşbəxtəm".
Xatırladaq ki, ÇL-nın 1/8 final mərhələsi çərçivəsində oynanacaq "Real Madrid" - "PSJ" matçı 15 fevral Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Sadiq İsmayılov