"Qalatasaray"ın Uruqvaylı qapıçısı Fernando Muslera zədə səbəbi ilə mövsümü başa vurub.
Hit.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı qapıçı Türkiyə superliqasının 16-cı turu çərçivəsində "Sivasspor"la səfər matçında ağır zədə alıb.
Açıqlamaya görə, Uruqvay millisinin qolkiperinin sol diz, iç yan bağlarında yırtıq aşkarlanıb. Həmçinin ön çarpaz bağları da xəsarət alıb. Bu səbəbdən Musleranın mövsümü başa vurduğu bildirilib.
Qeyd edək ki, “Qalatasaray” hazırda 23 xalla 9-cu pillədə qərarlaşıb.
Sadiq ismayılov