İngiltərənin "Arsenal" klubu 32 yaşlı hücumçusu Pyer-Emerik Obameyanqı kapitanlıqdan məhrum edib.
HIT.az klubun saytına istinadən xəbər verir ki, bu qərara səbəb qabonlu futbolçunun klub rəhbərliyindən icazə alaraq ölkə xaricinə yollandıqdan sonra təyin olunan vaxtda İngiltərəyə qayıtmamasıdır:
“Keçən həftəki son pozuntudan sonra Obameyanq daha klubumuzun kapitanı olmayacaq və İngiltərə Premyer Liqasında "Vest Hem"lə növbəti matçda komandadan uzaqlaşdırılacaq. Bütün oyunçularımızdan, xüsusən də kapitanımızdan müəyyən etdiyimiz və razılaşdırdığımız qaydalara və standartlara uyğun çıxış etmələrini gözləyirik".
Xatırladaq ki,Obameyanq bu mövsüm İngiltərə Premyer Liqasında 14 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sadiq İsmayılov