Məşhur güləşçi 39 yaşında öldü

İDMAN
13:55 / 15.12.2021
864

Amerikalı güləşçi Cimmi Reyv 39 yaşında vəfat edib.

Qaynarinfo xəbər verir ki, səhhəti ilə bağlı ağır döyüşdən sonra Reyv 2020-ci ilin noyabrında təqaüdə çıxmaq məcburiyyətində qalmışdı. Ölümcül viruslardan birinə yoluxan idmançının hər iki ayağı amputasiya edilmişdi.  Əsl adı Ceyms Quffey olan idmançı bundan əvvəl sol qolunu da itirmişdi. İdmanı tərk etmək məcburiyyətində qalan güləşçi daha sonra COVİD-19-a yoluxmuşdu. 

Onun ölüm xəbərini qızı Kayla və dostu Bill Behrens tvitterdə açıqlayıb. Açıqlamada Reyvin uzun illər narkotik asılılğı ilə mübarizə apardığı, məhz bu səbəbdən sol qolu və hər iki ayağını itirdiyi bildirilib. Oktyabrda sosial media vasitəsilə ayaqlarının cərrahiyyə vasiəsilə götürüldüyünü açıqlayan güləşçi tibbi xərclərinin ağır olduğunu bildirərərk pərəstişkarlarından maddi yardım istəmişdi. 

Onun ölüm səbəbi isə hələ açıqlanmayıb. 

0