“Qızıl top” mükafatına son 13 ildə iki futbolçu tərəfindən embarqo qoyulub.
Lionel Messi və Kriştiano Ronaldo bu müddətdə 12 dəfə titulu bölüblər.
Argentinalı 7, portuqaliyalı isə 5 dəfə fərdi mükafata sahib çıxıbsa, son 13 ildə yalnız Luka Modriç bir dəfə onları qabaqlaya bilib. Messi və Ronaldonun artıq yaşlanması və karyeralarının son dönəmlərini yaşaması digər oyunçulara yaşıl işıq yandırır.
Yeni nəslin nümayəndələri arasında “Qızıl top” uğrunda mübarizə artıq başlayıb. Bunu nəzərə alaraq, yaxın 10 ildə bu mükafatı qazanması ehtimal edilən 10 gənc oyunçuya göz gəzdirəcəyik.
1. Kilian Mpabbe (PSJ / Fransa)
2. Erlinq Haland (“Borussiya”, Dortmund / Norveç)
3. Vinisyus Junior (“Real” / Braziliya)
4. Rodriqo (“Real” / Braziliya)
5. Joao Feliks (“Atletiko” / Portuqaliya)
6. Kay Haverts (“Çelsi” / Almaniya)
7. Federiko Kyeza (“Yuventus” / İtaliya)
8. Ansu Fati (“Barselona” / İspaniya)
9. Pedri (“Barselona” / İspaniya)
10. Fil Foden (“Mançester Siti” / İngiltərə)
(apasport)