“Fənərbağça” baş məşqçisi ilə yolları ayırdı - FOTO

İDMAN
22:54 / 20.12.2021
1361

Türkiyənin “Fənərbağça” klubu baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırıb.

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Sarı-lacivərdlilər” 53 yaşlı baş məşqçinin rəhbərliyi altında cari mövsüm UEFA Avropa Liqasında mübarizəni dayandıraraq Konfrans Liqasına düşüb. Komanda Türkiyə Super Liqasında isə 17 turdan sonra 28 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu ilin iyulunda “Fənərbağça”nın sükanı arxasına keçən Vitor Pereyra daha əvvəl 2015/2016 mövsümündə İstanbul nəhənginə başçılıq edib.

0