Dünya çempionatının yeni formatı milli assosiasiyaların gəlirini artıracaq

İDMAN
09:31 / 21.12.2021
1018

Futbol üzrə dünya çempionatının 2 ildən bir keçirilməsi FIFA-nın iqtisadi göstəricilərini yaxşılaşdıracaq. 

Bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino jurnalistlərə açıqlama verib. 51 yaşlı funksioner bildirib ki, yeni format əlavə 4,4 milyard ABŞ dolları gəlir gətirəcək: "Bu isə maliyyələşdirməni ilk dörd illik dövr ərzində hər FİFA üzvü olan assosiasiya üçün orta hesabla potensial olaraq 25 milyon dollaradək artıracaq". Bundan başqa, FİFA büdcəsi 3,5 milyard ABŞ dolları olan Həmrəylik Fondu yaradacaq. Bu fonddan əldə olunan gəlirlər milli asosiasiyalar arasında bölüşdürüləcək və bu, beynəlxalq təqvimdəki dəyişikliklərlə bağlı hər hansı maliyyə problemini yumşaltmaq imkanı yaradacaq.

0