"Mançester Yunayted”in futbolçusu Aaron Van-Bissaka sürücülük hüququndan məhrum edilib.
Hit.az xəbər verir ki, Mançesterdə həyat yoldaşı və 1 yaşlı övladı ilə yaşayan sağ cinah müdafiəçisi, sürücülük hüququndan məhrum edildiyi halda avtomobil sürdüyünə görə 30.000 funt-sterlinq və sürət həddinin aşılması ilə bağlı məlumat vermədiyinə görə də 1.500 funt sterlinq cərimələnb. Bundan başqa o, həmçinin zərərçəkmişə 190, məhkəmə xərclərinə görə isə 160 funt-sterlinq ödəməyə məcbur edilib.
24 yaşlı futbolçu bu ilin əvvəlində tətildən qayıdarkən sürət həddini aşdığına görə Mançesterdə polis tərəfindən saxlanılaraq sürücülük hüququndan məhrum edilmişdi. O, həmin vaxt avtomobili sığortasız sürdüyünü etiraf etmişdi.
2020-ci ilin sentyabrında Qərbi Yorkşir ştatının Bredford şəhərində iki dəfə sürət həddini aşması haqda məlumatları təqdim etməyən futbolçunun vəkilləri, ona bildiriş məktublarının Londonun Kroydondakı keçmiş evinə göndərilməsi səbəbindən Yorkşirdə sürücülüklə bağlı məsələlərdən "tam məlumatsızlıq vəziyyətində" olduğunu söyləyib.
Sığorta pozuntusuna görə isə ayrıca cərimə nəzərdə tutulmayıb.