"Neftçi" futbolçusu Romen Baskla yollarını ayırır.
HİT.az xəbər verir ki, fransalı dayaq yarımmüdafiəçisi karyerasını ölkəsində davam etdirəcək.
26 yaşlı oyunçu Liqa 3-də çıxış edən "Şatoru" klubu ilə anlaşıb. Bu gündən yeni komandasında məşqlərə qoşulan futbolçu ilə yanvarın 1-də - Fransada qış transfer pəncərəsi açıldıqdan sonra müqavilə imzalanacaq. Sözləşmənin detalları bəlli deyil.
"Neftçi" klubundan da məlumatı təsdiqləyiblər. Paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev "Report"a açıqlamasında danışıqların davam etdiyini və qarşı tərəfdən cavab gözlədiklərini bildirib.
Qeyd edək ki, Romen Bask "Neftçi"yə cari mövsümün əvvəlində Fransanın "Havr" klubundan keçib. O, "ağ-qaralar"la 2 illik müqavilə imzalayıb.