Bundan əvvəl 10 futbolçusu koronavirusa yoluxan İspaniyanın "Barselona" klubu daha 2 futbolçusunun koronavirusa yoluxduğunu bəyan edib.
HİT.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Katalonya klubunun yeni transferi Ferran Torres və gənc futbolçusu Pedrinin COVID-19 testi pozitif çıxıb.
Klubun verdiyi rəsmi açıqlamaya görə, hər iki futbolçu hazırda evdə karantin şəraitindədir.
Qeyd edək ki, hər iki futbolçu da çərşənbə günü İspaniya kral kubokunda "Linares"ə və şənbə günü La Liqa da "Qranada"ya qarşı oynanacaq oyunlarda iştirak etməyəcək.
Xatırladaq ki, bundan əvvəl "Barselona"da Samuel Umtiti, Qavi, Filippe Koutinyo, Serqino Dest, Ez Abde, Klement Lenqlet, Dani Alveş, Xordi Alba, Alexandro Halde və Usman Dembelenin COVID-19 testi pozitif çıxmışdı.
Sadiq İsmayılov