"Neftçi"də koronavirusa yoluxma halları qeydə alınıb.
Hit.az xəbər verir ki, bunu klubun rəsmi televiziyası açıqlayıb. Komandanın fiziki hazırlıq üzrə məşqçisi Eduardo Karo, futbolçular - Sezar Meza Kolli və Tiaqo Bezerrada infeksiya aşkarlanıb.
Yarımmüdafiəçi Xorxe Korreanın isə ailə üzvləri koronavirusa yoluxub. Bu səbəbdən, argentinalı futbolçunun özü də vətənində karantinə alınıb.
Onlar "ağ-qaralar"ın bu gün start götürən təlim-məşq toplanışında iştirak etməyiblər.
Digər legioner Mamadu Mboc isə şəxsi işləri ilə bağlı klubdan icazə alıb. Mamadu Kane isə hazırda Afrika Millətlər Kubokunda iştirakı ilə əlaqadar "Neftçi"nin düşərgəsinə gec qoşulacaq.