Millimizin üzvü: "...Azərbaycan dilini öyrənməyə ehtiyac duymadım"

İDMAN
13:54 / 10.01.2022
1653

"Şəhərə çıxanda insanlar məni tanıyır, amma tez-tez yaxınlaşmırlar".

Hit.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç "Sportske.jutarnji" nəşrinə geniş müsahibəsində deyib.

31 yaşlı yarımmüdafiəçi fanatların hərdən onunla şəkil çəkdirmək istədiklərini bildirib: "Futbolu izləyənlər, kimin harada oynadığını bilir. Amma Splitdəki kimi eyforiya yoxdur".

Azərbaycan millisinin üzvü özünü "Hayduk"da çıxış edən Marko Livaya ilə müqayisə edib:

"Təsadüfü deyil ki, mən onun heç on faizi də deyiləm. Burada futbolçulara bu cür pərəştiş etmək vərdişləri yoxdur" (gülür). "Hayduk" azarkeşlərinin bir neçəsi mənə dedi ki, yenidən "ağ-qaralar"da çıxış etməliyəm. Amma daha 1,5 illik müqaviləmin olduğunu söylədim. "Qarabağ"dan razıyam. "Hayduk”un yaxşı mövsüm keçirməsinə şadam və ümid edirəm ki, bu, sonadək davam edəcək".

Ozobiç Azərbaycan yığmasında oynamaq qərarına gəldiyi üçün üçün peşman olmadığını söyləyib:

"Bilirdim ki, Xorvatiya millisindən mənə zəng etməyəcəklər. İmkan varsa, niyə Azərbaycan yığmasına kömək etməyək?"

Xorvatiyalı oyunçu azarkeşlərin ona mahni bəsdələdiyini deyib:

"Azərbaycan dilində oxuduqları üçün başa düşmürəm. (gülür). Mən o dili yaxşı bilmirəm. Yalnız sol, sağ, daha yavaş və daha sürətli ifadələrini bilirəm. Səbəb odur ki, hamı rus dilində danışır, bu buna görə öyrənməyə ehtiyac duymadım. Rus dilini daha əvvəl Rusiyanın "Spartak" (Moskva) klubunda olarkən mənimsəmişəm. Onlar üçün oynadığıma görə xoşbəxtdirlər.

 

Ozobiç 2022-ci il dünya çempionatının seçmə mərhələsindəki çıxışı da dəyərləndirib:

 

"Beş komandanın yer aldığı qrupa düşmüşdük. Belə olmasaydı, daha çox xal toplaya bilərdik. Azərbaycan futbolunda nəsil dəyişikliyi yaşanır. İtalyan baş məşqçi Canni De Byazi yeni komanda qurur. Millətlər Liqasında daha yaxşı çıxış edəcəyimizə inanıram. Komanda yeni formalaşır və bəzi oyunçular yığmadan gedib".

Təcrübəli yarımmüdafiəçi Millətlər Liqasındakı şanslardan da danışıb:

"Slovakiya kağız üzərində favoritdir. Bunu etiraf etməliyik. Təcrübələri, güclü liqalarda keyfiyyətli futbolçuları var. Xorvatiya ilə görüşdə təhlükəli və yaxşı rəqib olduqları göründü. Rəqibləri təəccübləndirmək istəyirik, amma ilk pilləni qarşımıza hədəf kimi qoymuruq. Biz seçmə mərhələdən daha çox xal qazanmalıyıq. Azərbaycan millisində oynayacağımı deyəndə hamı məni dəstəklədi. Qərarlarıma hörmət etdilər. Təkcə ailə üzvlərim deyil, dostlarım da oyunlarıma baxırlar".

O, yığmanın sabiq xorvatiyalı baş məşqçiləri - Robert Prosineçki və Nikola Yurçeviçin ölkədə yüksək qiymətləndirildiyini diqqətə çatdırıb:

"Hər biri əlindən gələni etdi. Prosineçkini hələ də tərifləyirlər. Azərbaycanda çox yaxşı təəssürat yaradıb".

Ozobiç hazırda Azərbaycanda ondan başqa yalnız "Sabah"ın futbolçusu Spiro Perişiç xorvatiyalı olduğunu sözlərinə əlavə edib:

 

"Perişiç Maribordan gəlib. Ötən il zədəm var idi. Amma mən çıxışımdan razıyam. Hazırda çempionatda liderik. Mövsümün ikinci yarısının bizim üçün daha yaxşı keçməsi üçün yaxşı hazırlaşmaq lazımdır. Cari mövsümdə bütün yarışlarda 8 qol və 6 məhsuldar ötürmə müəllifiyəm. Bunlar əsasən, Azərbaycan Premyer Liqasında qeydə alınıb. Ümumilikdə 24 oyun keçirmişəm. "Biz hələ görüşməmişik, amma indi yəqin ki, belə bir şansımız olacaq. O, məndən 5 yaş kiçikdir".

Yarımmüdafiəçi UEFA Konfrans Liqasının pley-offunda üz-üzə gələcəkləri Fransa "Marsel"i haqqında da danışıb:

"Marsel" çox böyük klub və yaxşı komandadır. Lakin bizim də əla kollektivimiz, bir sıra yaxşı oyunçularımız var və rəqibə heç də asan olmayacaq. Bu, "Qarabağ"ın avrokuboklarda davamiyyət baxımından indiyədək əldə etdiyi ən yaxşı nailiyyətdir. Bu klub Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində oynasa da, irəli gedə bilməyib. İndi Konfrans Liqasında oynasaq da, qrupu 11 xalla 2-ci yerdə bitirmişik. Kipr "Omoniya"sı ilə Qazaxıstan "Kayrat"ını üstələmişik və yalnız İsveçrə "Bazel"indən geri qalmışıq. Əlbəttə, "Marsel" aşkar favoritdir. Lakin iki oyunluq mübarizədə hər şey mümkündür. "Qarabağ"ın 30 yaşımda karyeramın zirvəsi olub-olmadığına gəldikdə, baxaq-görək necə olur. Mənim üçün əsas məsələ sağlam olmaq və yaxşı oynamaqdır. Qalanları öz yerini alacaq. Karyeram ərzində xeyli zədə alsam da, çox iş görmüşəm. Xorvatiyada "Qarabağ" barədə az məlumatlıdırlar. Lakin bu, əla və dürüst klubdur".

Ozobiç dünyanın və Xorvatiyanın ən yaxşı futbolçunu da açıqlayıb:

"Məncə, dünyanın ən yaxşısı Lionel Messidir. Lakin il ərzində məhsuldarlığı və nəticələri baxımından Robert Levandovski bir nömrədir. Xorvatiyanın ən yaxşı futbolçusu isə yenə Luka Modriçdir. Düzdür, Mateo Kovaçiç ötən il "Çelsi"nin heyətində yaxşı oynadı. Lakin mənim üçün Modriç oynadığı müddətdə bir nömrəlidir. Adama elə gəlir ki, o, meydanda ümumiyyətlə mübarizə aparmır". (Report.az)

2