Azərbaycan Kosiki Karate-do Federasiyasına prezident seçildi - FOTO

15:52 / 14.01.2022
1379

2022-ci il yanvarın 11-də Azərbaycan Kosiki Karate-do Federasiyasının ümumi yığıncağı keçirilib.

Tədbirdə federasiyanın vitse-prezidenti, 7-ci dan qara kəmər sahibi, Azərbaycanın Əməkdar məşqçisi Yuri Mustafayev çıxış edərək federasiyanın mərhum prezidenti Talıb Berziqiyarovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini yığıncaq iştirakçılarından xahiş etdi. Sonra Yuri Mustafayev federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat xarakterli çıxış edərək gələcəkdə qarşıda duran məsələlərlə əlaqədar qısa məlumat verib.

Daha sonra federasiyanın yeni prezidenti vəzifəsinə 6-cı dan qara kəmər sahibi Rafael Rafiq oğlu Bunyatovun namizədliyi irəli sürüldü və seçkilər keçirilərək Rafael Bunyatov Azərbaycan Kosiki Karate-do Federasiyasının yeni prezidenti seçilib.

Yığıncaqda, həmçinin, 7-ci dan qara kəmər sahibi Yuri Mustafayev, 5-ci dan qara kəmər sahibi, professor Ənvər Həzərxanov və 5-ci dan qara kəmər sahibi Vəliyulla Bunyatov federasiyanın vitse-prezidentləri, 5-ci dan qara kəmər sahibi Yuliya Mustafayeva isə federasiyanın Baş katibi seçiliblər. 

Tədbirdə federasiyanın aparıcı məşqçiləri və tanınmış idmançıları iştirak ediblər.

0