Rafael Ağayev Füzuli Musayevin icazə vermədiyi yarışa yenidən qatılacaq

İDMAN
21:57 / 15.01.2022
1046

Azərbaycan yığmasının və "Qəbələ”nin karateçisi Rafael Ağayev "Karate Combat" turnirində iştirak edəcək.

Hit.az xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan 5 qat dünya və 11 qat Avropa çempionu təşkilatçılarla uzunmüddətli müqavilə imzalayıb.

O, turnirin 2022-ci ildə təşkil olunacaq 4-cü mövsümündə tatamı üzərinə çıxacaq. 37 yaşlı idmançımız 2018-ci ildə də "Karate Combat"da qüvvəsini sınayıb. Ağayev 4 il öncə Dominikan karateçisi Dionisio Qustavoya qalib gəlib.

Xatırladaq ki, R.Ağayevin bu yarışda iştirakına Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və məşqçisi Füzuli Musayev narazılığını bildirmişdi. F.Mudayev "İstəməzdik ki, bizim idmançılarımız bu tipli döyüşlərə qatılsın" deyə bildirmişdi.

0