FİFA ilin qapıçısını açıqladı

İDMAN
22:40 / 17.01.2022
871

2021-ci ilin ən yaxşı qapıçısı müəyyənləşib.

Hit.az xəbər verir ki, FİFA-nın ilin ən yaxşı qolkiperi adına Edoua Mendi (Seneqal/“Çelsi”) layiq görülüb.O, qurumun keçirdiyi səsvermədə Canluici Donnarumma (İtaliya/“Milan”/PSJ) və Manuel Noyeri (Almaniya/“Bavariya”) arxada qoyub.

Qeyd edək ki, FİFA-nın “The Best” mükafatlarının təqdimetmə mərasimi İsveçrənin Sürix şəhərində təşkil olunub.

0