Bakıda tarix yazan ukraynalı gözəl qərarsız qalıb - FOTOLAR

İDMAN
15:09 / 25.01.2022
2031

Cüdo üzrə qadınlar arasında ikiqat dünya və ikiqat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Darya Bilodidin çəkisini qaldıracağı gözlənilir.

Fanat.Az xəbər verir ki, titullarını 48 kiloqram çəki dərəcəsində qazanan 21 yaşlı ukraynalı idmançı məsələ ilə bağlı mətbuata açıqlamasında konkret fikir söyləməsə də, çəkisini 52, hətta 57 kiloqrama qaldırmasının mümkünlüyünü istisna etməyib.

Dünya cüdosunun ulduz simalarından olan Bilodid Tokio-2020-dən sonra heç bir turnirdə iştirak etməyib. İdmançı yarış meydanlarına nə vaxt dönəcəyi barədə də hələ qərar vermədiyini bildirib.

Qeyd edək ki, Darya Bilodid ilk dünya çempionluğunu 2018-ci ildə Bakıda qazanıb. Həmin vaxt 17 yaş 345 günlüyündə olan ukraynalı bununla tarixə mundialın qızıl medalını qazanmış ən gənc cüdoçu kimi düşüb.

1