"Qalatasaray"ın futbolçusu imtahana dostunu göndərdi, biabır oldu 

İDMAN
09:17 / 27.01.2022
980

Misirli futbolçu Mustafa Məhəmmədin imtahan qalmaqalı Afrika mətbuatının diqqət mərkəzindədir. 

Hİt.az-ın xəbərinə görə, məşhur idmançı bu həftə Kamerunda yarışda olduğu üçün Qahirə Universitetində semestr imtahanında iştirak edə bilməyib. Çıxış yolunu tapmaq istəməsi isə vəziyyəti daha da pisləşdirib. 

Mustafa imtahana öz yerinə dostunu göndərsə də, alınmayıb. İmtahanlardan birində müəllim görüb ki, imtahana gələn şəxs Qalatasarayın 24 yaşlı futbolçusu yox, özünün 3 il əvvəl dərs dediyi məzundur. O, dərhal şikayət edib və imtahana gələn şəxs saxlanılıb.

Müstəntiqlərə ifadəsində keçmiş məzun bildirib ki, məqsədi dostuna kömək etməkdir və artıq onun yerinə 3 imtahanı uğurla verib.

Prokurorluq və Qahirə Universiteti futbolçuya hansı cəzanın veriləcəyini açıqlamayıb. 

0