Azərbaycanlı futbolçu Rusiyada cəzalandırıldı

İDMAN
09:00 / 25.05.2020
1506

Rusiyanın "Spartak Moskva" klubunun yarımmüdafiəçisi, Azərbaycan əsilli futbolçu Ayaz Quliyev artıq "Spartak-2" klubunda oynayacaq.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Sport Ekspress" yayıb. Məlumata görə, yarımmüdafiəçinin transferi barədə qərarı komandanın məşqçiləri verib. Bildirilib ki, Quliyev intizam qaydalarını pozduğu üçün belə bir qərar verilib.

Qeyd edəkki, Ayaz Quliyev 2019-cu ilin əvvəlində 3 milyon avro müqabilində "Spartak Moskva" klubuna transfer edilmişdi.

0
Axar.az