Türkiyə klubu "Qalatasaray"a görə öz yetirməsini qovdu

İDMAN
15:20 / 03.02.2022
1217

İdman zallarının birində "Qalatasaray"ın forması ilə çəkdirdiyi fotonu sosial media hesablarında paylaşan "Əskişəhərspor"un futbolçusu Egehan Hasın klubdan qovulub.

Hit.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Açıqlamada "Əskişəhərspor"un yetirməsi olan futbolçunun başqa bir komandanın forması ilə sosial media hesabında paylaşım etdiyi üçün klubdan qovulduğu bildirilib. 

Bundan sonra "Qalatasaray" tərəfdarları gənc qapıçının kluba gətirilməsi ilə bağlı təkliflərini irəli sürüb. Onlar bu barədə klub rəhbərliyinə sosial şəbəkələr vasiəsilə mesajlar da yollayıb.

0