Kəmaləddin Heydərovu Sahil Babayev əvəzlədi - VİDEO

İDMAN
12:05 / 09.02.2022
1058

Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçirilib.

HİT.az "Report"a istinadən xəbər verir ki, tədbir Gənclər və İdman Naziriliyinin inzibati binasında baş tutub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev federasiyanın prezidenti seçilib. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyib.

K.Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olub.

Qeyd edək ki, ABF-yə 2009-cu il yanvarın 23-dən Kəmaləddin Heydərov, daha əvvəl isə Ağacan Abiyev rəhbərlik edib.

*** 11:32

Bu gün Azərbaycan Boks Federasiyasının yeni prezidenti müəyyənləşəcək.

HİT.az "Report"a istinadən xəbər verir ki, federasiyanın yeni rəhbəri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev olacaq. 

O, bu postda Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovu əvəzləyəcək. 

Qeyd edək ki, Kəmaləddin Heydərov 2009-cu ildən Azərbaycan Boks Federasiyasına rəhbərlik edir. 

0