Ziya Məmmədovun oğlunun yerini məşhur iş adamının oğlu tutdu - VİDEO

İDMAN
11:37 / 10.02.2022
835

Azərbaycan Qolf Federasiyasının hesabat-seçki konfransı keçirilib.

HİT.az xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında gerçəkləşib.

Rauf Xəlilov federasiya prezidenti seçilib.

Qeyd edək ki, Azərbaycan Qolf Federasiyası 2018-ci ildə fəaliyyətini dayandırıb. Həmin vaxta qədər federasiyaya sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov başçılıq edirdi.

Rauf Xəlilov isə məşhur iş adamı, İSR Şirkətlər Qrupunun sahibi İsgəndər Xəlilovun oğludur.

0