Türkiyədə qəzada həlak olan “Konyaspor” klubunun futbolçusu Əhməd Çalıkın nişanlısı onunla bağlı paylaşım edib.
Sinem Yüksel “Instagram”da Əhməd Çalıkla fotosunu paylaşıb.
“Hər zaman olduğu kimi hər şeydən, hər kəsdən çox səni sevirəm”, - deyə o fotoya qeyd edib.
Xatırladaq ki, ailə qurmağa hazırlaşan Ə.Çalık nikah günü təyin etmək üçün çıxdığı yolda qəzaya düşərək həlak olub.
Qeyd edək ki, 28 yaşlı futbolçu 2016-17-ci illərdə “Qalatasaray” komandasının şərəfini qoruyub. O, həmçinin səkkiz dəfə Türkiyə millisinin heyətində meydana çıxıb.