\"Qalatasaray\" baş məşqçiyə iki oyunluq vaxt verdi

09:50 / 15.02.2022
856

Türkiyənin "Qalatasaray" klubunun rəhbərliyi baş məşqçi Domenek Torrenə iki oyunluq vaxt verib.

"Report"un "Fotomac"a istinadən məlumatına görə, İstanbul komandası qarşıdakı matçlarda qələbə qazana bilməsə, 60 yaşlı mütəxəssis istefaya göndəriləcək.

"Sarı-qırmızılar" fevralın 21-də XXVI turda "Göztepe"nin qonağı olacaq, fevralın 27-də isə XXVII turda "Rizespor"u qəbul edəcək.

Qeyd edək ki, Domenek Torren Fatih Terimin istefasından sonra yanvarın 11-də baş məşqçi təyin olunub. Komanda onun rəhbərliyi altında çıxdığı beş qarşılaşmanın ikisində məğlub olub, üçündə isə heç-heçə edib.

0