Cüdoçumuz Məmmədəli Mehdiyev Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində qızıl medal uğrunda mübarizə aparacaq.
HİT.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda qırğızıstanlı Erlan Şerovu məğlub edərək adını finala yazdırıb.
Qeyd edək ki, komandamızın digər üzvü Zelim Kotsoyev (100 kq) isə yarımfinalda gürcüstanlı İlya Sulamanidzeyə məğlub olub. O, bürünc medal uğrunda mübarizə aparacaq. Onunla eyni çəkidə çıxış edən Elmar Qasımov isə təsəlliverici görüşdə rumıniyalı Eduard Serbana məğlub olaraq 7-ci yerlə kifayətlənib.
Xatırladaq ki, yarışa 9 idmançı ilə qatılan komandamızın aktivində iki medal var. Hidayət Heydərov (73 kq) qızıl, Yaşar Nəcəfov (66 kq) isə gümüş medallara sahib olublar.