UEFA Ukraynadakı uşaqlara maliyyə yardımı ayırdı

İDMAN
20:15 / 01.03.2022
1160

UEFA müharibə ilə bağlı Ukrayna və qonşu ölkələrdəki qaçqın uşaqlara maliyyə yardımı ayırıb.

Hit.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, vəsaitin ümumi məbləği 1,1 milyon avrodur.

Vəsait Moldovaya sığınan miqrant uşaqlara və Ukraynadakı uşaq xəstəxanalarının dərman və digə tibbi ləvazimatlarla təmin olunmasına sərf ediləcək.

Avropa futbol qurumunun prezidenti Aleksandr Çeferin bildirib ki, müharibədən ən çox uşaqlar əziyyət çəkirlər və onların əsas hüquqlarını, sağlamlıqlarını qorumağa kömək etmək UEFA-nın borcudur: "Avropa futbolunun həmrəyliyi və tərəfdaşlarımızın dəstəyi ilə biz uşaqların daha çox ehtiyac duyduğu yardımların bir hissəsini təmin edə biləcəyik".

0