Ağır çəkidə WBC boks üzrə dünya çempionu Tayson Fyuri ölkəsinin Rusiyaya qarşı müharibəyə daxil olduğu halda ordu sıralarına yazılacağını deyib:
“İngiltərə və ya ABŞ müharibəyə müdaxilə edərsə, mən ilk növbədə qatılacağam. Atam da, bütün uşaqlar da könüllü olaraq qeydiyyatdan keçəcəyik”.
O bildirib ki, hansı ölkədənsinizsə, orada yaşayıb, onu qoruyun.
“Qadınınızı sevin və ölkəniz üçün döyüşün”, - Fyuri deyib.
Dünya çempionu ordu sıralarına yazılan ukraynalı tanınmış boksçular Aleksandr Usik və Vasili Lomaçenkonun atdığı addımdan məmnun olduğunu bildirib:
“Bu, fantastik bir şeydir”. (oxu.az)