Formula-1 pilotu atasına görə sanksiyaya məruz qaldı

İDMAN
09:27 / 10.03.2022
790

Avropa İttifaqı Formula-1 yarışının rusiyalı pilotu Nikita Mazepinə sanksiya tətbiq edib.

Lent.az-ın xəbərinə görə, paralel olaraq onun atası, Uralxim şirkətinin direktoru Dmitri Mazepinə də sanksiya tətbiq olunub və hər 2 şəxsin Avropaya girişi qadağan edilib.

Dmitri Mazepin 2011-ci ildə Formula-1 yarışına sponsorluğa başladığı vaxt oğlu da pilotlar sırasına daxil edilmişdi. Aİ-nin son qərarından sonra Nikita Formula 1-dən kənarıaşdırılıb. Onu danimarkalı Kevin Manqussen əvəz edəcək. 

0