AFFA-nın baş katibi Elxan Məmmədov postunu tərk edir.
HİT.az xəbər verir ki, sabah AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək. Saat 10:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. AFFA-nın 2020-ci il yanvarın 28-də təşkil olunan Konfransında Nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, AVRO-2020-nin və turnirlə bağlı hesabat işlərinin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, baş katibin müavini Sərxan Hacıyevə AFFA-nın baş katibi vəzifəsinin həvalə olunmasının müzakirəsi;
2. Futbolun İnkişafı Fondunun (FİF) Himayəçilər Şurasının tərkibinin təsdiq olunması;
3. AFFA-nın Futbol Veteranları Fondunun əsasnaməsinə uyğun olaraq, AFFA-dan təqaüd alan futbol veteranlarının siyahısına əlavələr olunması.
Qeyd edək ki, Elxan Məmmədov həm də AFFA-nın icraçı vitse-prezidentidir.