İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsi ilə bağlı qərarını növbəti dəfə təxirə salıb.
HİT.az xəbər verir ki, bu barədə N.İbrahimovun özü məlumat yayıb.
O qeyd edib ki, martın 27-də açıqlanmalı olan qərar mayın 25-nə qədər uzadılıb.
“Mən sənə inanıram, CAS! Ədaləti bərpa edəcəksən, təzyiqlərə dözəcəksən”, - deyə İbrahimov feysbukda yazıb.
Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı feysbuk hesabında ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. Lakin o, bu qərardan CAS-a şikayət edib.