Azarkeşlər Nigeriya yığması DÇ-2022-yə çıxa bilmədiyi üçün iğtişaş törədib

İDMAN
09:47 / 30.03.2022
1467

Nigeriya millisinin azarkeşləri komandanın Qana ilə 1:1 hesablı heç-heçə etdiyi dünya çempionatının seçmə oyunundan sonra iğtişaş törədiblər.

Report"un məlumatına görə, matçdan sonra meydana girən fanatlar qarşılarına çıxan hər şeyi məhv etməyə başlayıb. Tərəfdarları sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə olunub. Komandalar arasındakı ilk görüş qolsuz bərabərliklə yekunlaşdığından, Qana səfər qolu üstünlüyünə görə mundiala vəsiqə qazanıb. Nigeriya seçməsi 2006-ci ildən sonra ilk dəfə dünya çempionatından kənarda qalıb.

Qeyd edək ki, səfər qolu qaydası yalnız Avropa qitəsində ləğv olunub.

 

0