DÇ-2022-nin final mərhələsinin püşkü atıldı

İDMAN
22:29 / 01.04.2022
1120

Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatının final mərhələsinin püşkü atılıb.

HİT.az xəbər verir ki, Dohadakı püşkatma mərasimində qrupların tərkibi müəyyənləşib.

Açılış oyunu Qətər və Ekvador yığmaları arasında baş tutacaq.

A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland
B qrupu: İngiltərə, İran, ABŞ, Şotlandiya / Ukrayna - Uels cütünün qalibi
C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa
D qrupu: Fransa, Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya - Peru cütünün qalibi, Danimarka, Tunis
E qrupu: İspaniya, Kosta-Rika - Yeni Zelandiya cütünün qalibi, Almaniya, Yaponiya
F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya
G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun
H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya

Hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlumdur. Pley-of mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək.

Avropa zonası üzrə Şotlandiya - Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.

DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.
 

0