Seymur Orucov AÇ-nin bürünc mükafatçısı ilə görüşdü - FOTOLAR

İDMAN
17:55 / 04.04.2022
1079

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Xorvatiyada keçirilən Boks üzrə Avropa çempionatında bürünc medal qazanmış ağstafalı boksçu Cəlal Qurbanovla görüşüb.

Görüşdə başçının müavinləri, Gənclər və İdman İdarəsinin məsul şəxsləri, eləcə də boksçunun məşqçisi Ramiz İsgəndərov iştirak ediblər. Seymur Orucov Cəlal Qurbanov və məşqçisini Ağstafa Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri ilə təltif edib. Onlar, ölkəmizdə gənclər və idman sahəsinə göstərilən yüksək dövlət qayğısına, eləcə də idmançılar üçün yaradılan yüksək şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edə ki, Ağstafanın Həsənsu kəndindən olan Qurbanov Cəlal Anar oğlu bu ilin martında Xorvatiyanın Poreç şəhərində keçirilən boks üzrə Avropa çempionatında 22 yaşadək boksçular arasında (63,5 kq) bürünc medal qazanıb. Ümumilikdə Azərbaycan millisi Avropa çempionatını dörd medalla başa vurub.

0