Çempionlar Liqası: İlk yarımfinalçılar müəyyənləşir

İDMAN
09:25 / 12.04.2022
1289

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarına start veriləcək.

Qaynarinfo xəbər verir ki, bununla da yarımfinalın ilk 2 iştirakçısı bəlli olacaq.

Turnirin əsas favoritlərindən olan İspaniya "Real Madrid"i İngiltərənin "Çelsi" klubunu qəbul edəcək. Londondakı ilk matçda Madrid klubu 3:1 hesablı qələbə qazanıb. 

Gecənin digər matçında Almaniya "Bavariya"sı evdə İspaniya "Vilyarreal"ı ilə üz-üzə gələcək. İlk görüşdə La Liqa təmsilçisi 1:0 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, 1/4 finalın digər cavab oyunları aprelin 13-də keçiriləcək. "Liverpul" İngiltərədə Portuqaliya "Benfika"sını, Madrid "Atletiko"su isə İspaniyada İngiltərənin "Mançester Siti" klubunu qəbul edəcək.

Çempionlar Liqası
1/4 final
Cavab oyunları

12 aprel
23.00 Real Madrid (İspaniya) - Çelsi (İngiltərə)
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun - 3:1

23.00 Bavariya (Almaniya) - Vilyarreal (İspaniya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun - 0:1

0