19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda mübarizəni dayandırıb.
Hit.az xəbər verir ki, B liqasında çıxış edən yığma I qrupdakı son oyununda Şimali İrlandiya seçməsi ilə qarşılaşıb.
Larn şəhərindəki "İnver Park" stadionunda baş tutan görüş rəqibin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 34-cü dəqiqədə Çora Çambers vurub.
Qeyd edək ki, Azərbaycan yığması qrupdakı ilk oyunda Farer adalarına 2:0 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada Maltaya uduzub - 1:2.