Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti postunu tərk edir

İDMAN
17:32 / 20.04.2022
1246

Elxan Məmmədov AFFA-nın icraçı-vitse prezidenti vəzifəsini tərk edir.

HİT.az-ın məlumatına görə, funksioner bundan sonra milli asosiasiyasadakı işini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq davam etdirəcək.

Bu isə o deməkdir ki, E.Məmmədov AFFA-da əməkhaqqı almadan fəaliyyət göstərəcək.

Qeyd edək ki, Elxan Məmmədov FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyinat alıb.

0