Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"sunun yeni baş məşqçisi bəlli olub.
HİT.az xəbər verir ki, bu barədə Xorvatiya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Zaqreb təmsilçisi Ante Çaçiçlə anlaşıb. 69 yaşlı mütəxəssis mövsümün sonunadək komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, Çaçiç bu postda Jelko Kopiçi əvəzləyib.