ÇL tarixinin ən yaxşı 10 baş məşqçisi - Zidan BİRİNCİ OLDU

İDMAN
20:10 / 26.05.2020
1459

"Real"ın çalışdırıcısı Zinəddin Zidan "Squawka" versiyasına əsasən, Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçisi seçilib.

Qol.az xəbər verir ki, fransalı mütəxəssis ÇL-in kubokunu ardıcıl 3 dəfə qazandığı üçün ən yaxşı adına layiq görülüb. O, 2016, 2017 və 2018-ci illərdə "Real"la ÇL-in qalibi olub. İkinci pillədə "Mançester Siti"nin hazırkı baş məşqçisi Pep Qvardiola qərarlaşıb. O, “Barselona” ilə Çempionlar Liqasında iki dəfə - 2009 və 2011-ci illərdə kubok qazanıb. "Milan" və "Real"la ÇL-in qalibi olan "Everton"un hazırkı çalışdırıcısı Karlo Ançelotti 3-cü olub.

"Squawka"nın versiyasına görə, ÇL-in ən yaxşı 10 baş məşqçisi

1. Zinəddin Zidan ("Real" - 2016, 2017 və 2018)

2. Pep Qvardiola ("Barselona" - 2009 və 2011)

3. Karlo Ançelotti ("Milan" - 2003, 2007, "Real" - 2014)

4. Joze Mourinyo ("Portu" - 2004, "İnter" - 2010)

5. Lui van Qal ("Ayaks" - 1995)

6. Aleks Fergüsson ("Mançester Yunayted" - 1999, 2008)

7. Yupp Haynkes ("Real" - 1998, "Bavariya" - 2013)

8. Visente del Boske ("Real" - 2000, 2002)

9. Rafael Benites ("Liverpul" - 2005)

10. Ottmar Hitsfeld ("Borussiya" Dortmund - 1997, "Bavariya" - 2001) 

0